Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib

Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
DÜNYA
23:31 06.11.2026
30
ABŞ prezidenti Donald Tramp Stiven Millerin noyabrın 9-dan etibarən Ağ Evin aparat rəhbəri vəzifəsini icra edəcəyini açıqlayıb.

O, bu vəzifədə Syuzi Ueylsi əvəz edəcək.

Trampın sözlərinə görə, hazırda administrasiyada aparat rəhbərinin müavini vəzifəsini tutan Miller onun ən etibarlı müşavirlərindən biridir.

Tramp Syuzi Ueylsin isə onun siyasi fəaliyyətini həyata keçirən komandaya keçəcəyini bildirib və ona Ağ Evdəki fəaliyyətinə görə təşəkkür edib.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR