Ermənistan Konstitusiya Məhkəməsinin yeni sədri seçilib. Hakimlər arasında keçirilən səsvermənin ikinci turunda hakim, keçmiş deputat Vladimir Vardanyan bu vəzifəyə seçilib.
Bu barədə Ermənistanın "Hraparak” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu gün Konstitusiya Məhkəməsinin işçi iclası keçirilib. İclasın gündəliyinə məhkəmə sədrinin seçilməsi məsələsi daxil edilib.
Əvvəlki dəfə olduğu kimi, bu dəfə də sədrliyə iki namizəd irəli sürülüb. Onlar Konstitusiya Məhkəməsinin hakimləri Edgar Şatiryan və hakim partiyanın keçmiş deputatı Vladimir Vardanyan olub.
Gizli səsvermənin birinci turunda namizədlərdən heç biri seçilmək üçün tələb olunan 9 mümkün səsdən 6-nı toplaya bilməyib.
Qanunla müəyyən edilmiş qaydada sədr seçkisinin ikinci turu keçirilib. Bu mərhələnin nəticələrinə əsasən, Vladimir Vardanyan Konstitusiya Məhkəməsinin sədri seçilib.
///modern.az











































