İran bunu istəyir: Xameneidən Putinə məktub

İran bunu istəyir: Xameneidən Putinə məktub
DÜNYA
00:10 07.11.2026
26
İran Rusiya ilə "S-400" zenit-raket komplekslərinin satın alınmasına dair danışıqlar aparır.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ölkənin ali lideri Müctəba Xameneinin bu sistemlərin tədarükü ilə bağlı xahişinin yer aldığı məktubu Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Bildirilib ki, Tehran ABŞ və İsrailin dağıdıcı zərbələrindən sonra hava hücumundan müdafiə sistemini bərpa etməyə ümid edir.

Nəşrin məlumatına görə, Moskva Ukraynadakı hərbi ehtiyaclarını nəzərə alaraq "S-400" komplekslərinin tədarükünə könülsüz razılıq verə bilər.
OXŞAR XƏBƏRLƏR