BAKU AZƏRBAYCAN
8°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

DTX-nın həbs etdiyi İsmayıl Vəliyev kimdir? - 15 ildir ki, icra başçısı idi

DTX-nın həbs etdiyi İsmayıl Vəliyev kimdir? - 15 ildir ki, icra başçısı idi
SOSİAL
14:26 20.02.2020
4356
15 ildir ki, icra başçısı idi" />

Xəbər verdiyimiz kimi, Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

AZXEBER.COM saxlanılan icra başçısının dosyesini təqdim edir:

Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur.

O, 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.

Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib.

1991-1992-ci illərdə "İlk Bank” səhmdar-kommersiya bankının idarə heyətinin sədri, "Mejbankovskoye Obedinenie” səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək "Petrogeoaz” məhdud məsuliyyəti cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:17 10.04.2020

Rüştü Reçber koronavirusa qalib gəldi

21:55 10.04.2020

ABŞ-da koronavirusa yoluxanların sayı 473 minə çatdı

21:39 10.04.2020

Türkiyədə bu gün daha 98 nəfər koronavirusdan öldü

21:24 10.04.2020

Azərbaycanda “yetim” sözü bu ifadə ilə əvəzləndi - Nazirlər Kabineti açıqladı

21:15 10.04.2020

Evdə qal, ideyanı reallaşdır! - Gənclər Fondundan gənclərə töhfə

19:49 10.04.2020

Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib, 159 nəfər sağalıb

19:29 10.04.2020

Ölən şəxslərin nəşinin Azərbaycana gətirilməsi proseduru müəyyənləşdi - RƏSMİ

19:10 10.04.2020

Hökumət Rusiyadan Azərbaycana qayıtmaq istəyənlərə müraciət etdi

18:42 10.04.2020

Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər vəfat etdi

18:30 10.04.2020

Nazirlər Kabineti: Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir

18:21 10.04.2020

Gəlin toy üçün yığılan pulları götürüb qaçdı

17:36 10.04.2020

Ağsuda gənc ana intihar etdi

17:16 10.04.2020

İlham Əliyev: "Türkdilli ölkələrdən yük daşımaları artıb"

17:09 10.04.2020

Portuqaliyada koronavirusdan ölənlərin sayı artdı

17:07 10.04.2020

Prezident: "Koronavirus dünya boyunca yayılıb və faciəvi nəticələrə gətirib çıxarıb"

16:55 10.04.2020

İlham Əliyev: "Azərbaycanda testlərin aparılması üçün 5 yeni laboratoriya yaradılıb”