xari

“İslahatçı Gənclər” şəhid və qazilərimizin təbliği ilə bağlı layihəyə start verdi - FOTO

GƏNCLİK
23:45 08.01.2021
311
"İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Fikir” İnformasiya Platforması layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində "İslahatçı Gənclər” İctimai Birliyinin üzvləri Böyük Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərən şəhid ailələrini, qaziləri və döyüşçülərin qayğıları ilə maraqlanmaq, onların keçdiyi şərəfli döyüş yolunu geniş ictimaiyyətə təqdim etmək üçün ziyarətlərə başlayıb.

Layihə ilə bağlı açıqlama verən birliyin sədri Fərid Şahbazlı bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağda böyük və tarixi qələbə qazandı: "Bu böyük qələbə xalqımızın həmrəyliyi, şəhidlərimizin və qazilərimizin qanı-canı bahasına mümkün oldu.
 
Şəhid ailələrini, qazilərimizi və döyüşçülərimizi daima diqqətdə saxlamaq, onlarln qayğıları maraqlanmaq, onların şərəfli döyüş yolunu gələcək nəsillərə çatdırmaq bizim vəzifə borcumuzdur. .Artıq şəhidimiz Aqşin Novruzov, qazilərimiz Elnur Məmmədov, Fərhad Abbasov, Fazil Ağazadənin ailərini ziyarət edib, qayğıları ilə maraqlanıb, geniş reportajlar hazırlamışıq.
 
Bundan sonra da şəhidlərimiz və qazilərimizlə bağlı müxtəlif yazılı və multimedia materialları, filmlər hazırlamaqla qəhrəmanlarımızı geniş təbliğ edəcəcəyik”.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR