00:31 şənbə, 25 Yanvar 2020
GƏNCLİK

Nazir: “Azərbaycanda qiyabi təhsil distant təhsillə əvəz olunacaq”

10:43, 23.12.20101675
Nazir: “Azərbaycanda qiyabi təhsil distant təhsillə əvəz olunacaq”

“Hələlik elə ixtisaslar, peşələr var ki, orada az sayda olsa da, qiyabi təhsili saxlamalıyıq”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

M. Mərdanov qiyabi təhsilin yaxın vaxtlarda tam ləğvi ilə bağlı mətbuatda onun adından səslənən fikirlərin düzgün olmadığını da deyib: “Yaxın gələcəkdə şərait yaradılanda qiyabi təhsil bütövlükdə distant təhsillə əvəz olunacaq”.

Nazir onu da əlavə edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin qiyabi təhsil formasının ləğv ilə bağlı söylədiyi fikirlər Təhsil Nazirliyin fikri ilə uzlaşır. Belə ki, TQDK sədri ali məktəblərdə qiyabi təhsil formasının ləğvi ilə bağlı səslənən fikirlərə də münasibət bildirərkən qiyabi təhsilin nə dərəcədə formal olduğunu, nə dərəcədə təhsil verdiyini deyə bilməyəcəyini qeyd edib.

"Axı, təhsilin keyfiyyəti də çox vacibdir. Məsələ onda deyil ki, insanın əlində mütləq diplom olsun. İnsanın bilik və bacarığı olmalı və o həqiqətən də ali təhsilli mütəxəssis kimi fəaliyyət göstərməlidir. Yəqin ki, ali məktəblərdə ali təhsilin keyfiyyətini artırmaq üçün qiyabi təhsil formasının ləğvi ilə bağlı addım atılar. Biz ümid edirik ki, bu, yalnız ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”, deyə Məleykə Abbaszadə bildirib. //Ans Press

 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ