xari

“Oğlumu bizə qaytardığı üçün Prezidentə təşəkkür edirəm” - Vəliəhədin atası

ÖZƏL
16:53 15.12.2020
5176
Vətən müharibəsi başlayandan sonra şəhid olduğu haqda xəbərlər yayılan hərbi qulluqçu Vəliyev Vəliəhəd dünən Bakıya gətirilib. 
 
AZXEBER.COM geri qaytarılan əsir Vəliəhədin atası Şakir Vəliyevlə əlaqə saxladıq. 

Şakir bəy hələlik oğlu ilə danışmadığını deyib: "Oğlumla hələ ki, danışmamışıq. Yalnız saytlarda şəkillərini görmüşük. 

Şakir Vəliyev prezidentə təşəkkür edib: "Cənab prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bu onun düzgün siyasəti nəticəsində baş verdi. Allah onun canını sağ eləsin. Biz balamızı vətənə o gətizdirdi".
 
Qeyd edək ki, 1998-ci il təvəllüdlü V.Vəliyev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlərdə ermənilər tərəfindən əsir götürülmüşdü.

Bir müddət əvvəl onun şəhid olması xəbəri yayılmışdı.
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR