17:58 Bazar Günü, 26 Yanvar 2020
SOSİAL

"Oğlumun ölüm xəbərini alanda elə qışqırdım ki, səsim batdı" - Şəhid Mahir Quliyevin anası

17:19, 20.12.201910072
AZXEBER.COM -un " Şəhidlər ölməz " rubrikası aprel döyüşlərində qəhrəmancasına şəhid olan 22 yaşlı Mahir Quliyevə həsr edilib.

AZXEBER.COM əməkdaşları şəhidimizin ailəsinə baş çəkiblər.

Əslən Şərur rayonundan olan Mahir Quliyev 1993-cü ildə Bakı şəhərində anadan olub. O, 2015-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 
Əsgər Mahir Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda son mənzilə yola salınıb. 

Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həmin videoreportajı təqdim edirik:
 
Mələk Cabbar
Video: Rüfət Hüseynov


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ