“İtalyanların ilk addımda etdiyi səhvləri biz də etdik” - İtaliyada yaşayan azərbaycanlı

SOSİAL
15:36 10.07.2020
4964
 AZXEBER.COM-un müsahibi İtaliyada təhsil alan azərbaycanlı tələbə Pərvin Bağırovadır.

O İtaliyada koronavirus pandamiyası ilə bağlı vəziyyətlə bağlı sualları cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:
 
- Pərvin xanım, İtaliyada yaşayırsınız. Hazırda orada vəziyyət necədir?

- İlk öncə qeyd edim ki, kənardan elə görünür sanki Avropada virus artıq yoxdur, İtaliyada da eynilə. Lakin belə deyil, virus hələ də mövcuddur. Hazırda İtaliyada yenidən yoluxmalar yüksək ox üzrə gedir. Bu da insanların küçələrə axın etdiyi üçündür. 5 region Lombardia, Piemonte, Emilia-Romagna, Veneto, Toscanaya baxsaq ən çox Lombardiada görünür. Burada günə 119-200 arası yoluxma var. Əlbəttə pik həddə deyil, lakin yoluxma  dayanmır. Şimalla müqayisədə Cənubda vəziyyət daha yaxşıdır, yoluxma çox az faiz təşkil edir. 09.07.2020 tarixinin göstəricilərinə görə aktiv yoluxma 13.459-dur. Ümumi vəziyyət müsbətdir. Lakin Səhiyyə Nazirliyinin və  Cabina di Regia adlı xüsusi qrupların səyi nəticəsi ilə artımın qarşısı alınıb, amma bəzi regionlarda artım başlayıb və həyəcan təbili yenidən çalınır. 

- Bəs vətəndaşlar özlərini necə qoruyur?

- Sevindirici haldır ki, insanlar arasında qorxu yoxdur, əsas çağırış şəxsi gigiyenanın qorunması və sosial məsafənin saxlanılmasıdır.

- Bəs məkanlar çalışır?

- Hər yer işləkdir, dənizə giriş açıqdır, kafelər, mağazalar, iş yerləri çalışır. Daxili gediş-gəliş, eləcə də Avropa sərhədləri açıqdır. Lakin qaydalar yenə də aktualdır və riayət edilməsi məcburidir. Zatən insanlar artıq özlərini qoruyurlar. Məsələn, hər bir mağaza və marketə giriş zamanı məsafənin qorunması ilə bağlı işarələr qoyulub, sıra gözlənilir, kiçik mağaza və köşk tipli yerlərə 1 nəfər girə bilər və mütləq maska taxılmalıdır. Hər girişdə dezinfeksiya məhluları qoyulub. Kafelər açıq havada xidmət göstərir. İçəridə isə sıxlıq olamamalıdır. İdman zamanı, yemək yeyərkən maska taxılmır, lakin xidmət göstərənlər həm maska, həm əlcəkdədirlər. Bəzi kafelər arakəsmələr qoyub. Nəqliyyatda da hərəkət zamanı eyni qaydalardır, məsafə mütləqdir, 2 nəfər yanaşı əyləşmir, oturacağa da işarə qoyulub. Maskasız qadağandır. 

Airoportda da vəziyyət eynidir. Avropa daxili uçuşları ilə dostlarım evlərinə gedib və dedikləri budur ki, yalnız kameralar xüsusi temperaturu ölçür, yəni siz rahat yolunuzu gedirsiniz, heç kim sizi şəxsən yoxlamır. İnsan axını azdır və check-in çox asan olub.

- İtaliyada yaşayan bir şəxs olaraq Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda olan vəziyyət məni çox üzür, tanıdığım çox insanlar var ki, artıq xəstəlikdən əziyyət çəkir. Düşünürəm ki, italiyanların ilk addımda etdiyi səhvləri biz də etdik. 2 ölkə arasında bənzərlik oldu. İnsanların çoxu virusa inanmırdı. Hər şey elə bundan başlayır. İndi karantindir, bilirəm yay aylarında çox çətindir, lakin bacardığımız qədər sağlamlığımızı qorumalıyıq. Mən Red Zone yəni Qırmızı Zonada olmuşam, bu stressin nə olduğunu çox gözəl bilirəm. Sizə deyim ki, biz evdən çıxsaq da içimizdə həmişə bu hiss var. Ona görə məsləhətim çox araşdırmasınlar ki, maska qoruyur ya qorumur, taxsam, ya taxmasam nə dəyişər və ya bu virusun kökünü araşdırmaq laızm deyil. Sadəcə hər kəs nəinki özünü, eləcə də yaxın ətrafını, başqa insanları düşünməlidir, maska taxmalıdır. Hətta mən bu yaxınlarda Genova sahilinə getmişdim, özəl dəniz istirahət zonalarına maskasız buraxmırdılar istinin yüksək dərəcədə olmasına baxmayaraq bütün işçilər, gözətçilər sahildə maska ilə gəzirdi. 


Vaksin və ya xüsusi dərmanın olmadığını, virusun kimin bədəninə necə təsir etdiyini dəqiq bilmədiyimiz üçün yalnız məsləhət maksimum gigiyenanı qorumaq, hər fürsətdə əlləri dezinfeksiya etmək, hətta aldığınız qida, məişət üçün istənilən bir şeyi bacardığınız qədər təmizləmək, dezinfeskiya etmək və əlbəttə ki , immuniteti qorumaq lazımdır. Görürəm insanlar C vitamini, D vitamini axtarırlar dərman olaraq, məncə ölkəmizdə limon, apelsin kimi meyvələr var, antibiotik tipli sarımsaq, soğan, zəncəfil istifadə etməyi  və bacardıqları qədər eyvandan olsa belə günəş (D vitamini) qəbul etmələrini məsləhət görərdim. Sözsüz psixoloji güclü olmaq lazımdır. 

Sosial məsafəni qorusaq, sıra mədəniyyətinə riayət etsək məncə xeyli azalma olacaqdır. Hər kəsə can sağlığı arzulayıram.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:47 27.10.2020

Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi

12:25 27.10.2020

Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqlədi

12:23 27.10.2020

DİN koronavirusla bağlı əhaliyə müraciət etdi

12:22 27.10.2020

Elçin Əmirbəyov: “Paşinyan ölümə göndərdiyi minlərlə erməni əsgərin ata-analarına cavab verməli olacaq”

12:20 27.10.2020

Çeçenistanda Fransa prezidenti “dünyanın bir nömrəli terrorçusu” adlandırıldı

12:07 27.10.2020

Düşmənin atdığı daha bir “Smerç” Tərtərin Düyərli kəndinə düşüb

12:00 27.10.2020

Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır- RƏSMİ

11:46 27.10.2020

Əliyar Əliyevin qızı: “Bərxudarovun “Tikanlı zəmi”yə qələbə bayrağı sancmasını ondan çox gözləyirik” - VİDEO

11:39 27.10.2020

Pakistanda partlayış: 7 nəfər ölüb, 70 nəfər yaralanıb

11:33 27.10.2020

Tərtərin Şuşa həsrəti ilə yaşayan ən yaşlı cütlüyü: “Şuşa alınsın, qaça-qaça gedərik” - VİDEO

11:16 27.10.2020

Müdafiə Nazirliyi döyüşün müqəddəratını dəyişən igidlərimizlə bağlı material hazırladı - VİDEO

10:55 27.10.2020

Prezident: “Biz torpaqlarımızı nəyin bahasına olsa, qaytaracağıq”

10:51 27.10.2020

İlham Əliyev: "Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik"

10:48 27.10.2020

“Düşünürəm ki, barışıq mümkündür”

10:47 27.10.2020

“Dünyanın aparıcı ölkələrinə güvənirdilər”

10:37 27.10.2020

“Ermənistanda Rusiyanın MiQ-29, Su-30 təyyarəsi var”