06:45 Cümə, 15 Dekabr 2017
SOSİAL

Onları unutsaq, bizi də unudacaqlar…

18:45, 18.09.20171570
Onları unutsaq, bizi də unudacaqlar…
Leyla Namazova
 
Ruhumuzu oxşayan hər bir musiqi gözəl sənət əsəridir. Hər dəfə gözəl bir musiqi dinləyəndə könlümüz açılır, ruhumuz dincəlir. Musiqi ilk növbədə iç dünyamızı zənginləşdirir. Musiqi həyatdır, sevgidir, istirahətdir. Yer üzündə musiqini sevməyən tapılmaz, hətta musiqi zövqü olmayan da çalışır ki, musiqi sədaları altında xəyala dalsın. Öz-özünə mahnı oxuyan, dodağının altında zümzümə eləyənlər də az deyil. Biz bu cür adamlarla həm evdə, həm də küçədə tez-tez qarşılaşırıq… Musiqi sədası gələndə adam istər-istəməz qol qaldırıb rəqs etmək istəyir. Deməli, musiqi həyatımızın ayrılmaz bir hissəsidir. Lakin mən musiqi deyəndə, gözəl mahnı, normal musiqini nəzərdə tuturam. Təəssüf ki, televiziya və radiolarımız milli musiqilərimizə çox az yer ayırır. Demək olar ki, korifey sənətkarlarımızın ifasında səslənən mahnılar unudulub, onlara çoz az önəm verilir. Ən pisi odur ki, böyük sənətkarların öz möhürlərini vurduqları mahnılara maraq getdikcə azalır. Bu, xoşagəlməz haldır. Bəs səbəb nədir? Televiziya və radiolarımızda niyə ölməz sənətkarların mahnıları yox, kimlərinsə bayağı musiqiləri səslənir? Nədən "müğənniciklər” bütün televiziya və radio dalğalarını doldurublar? Məgər bizə "Can-cana”, "Ay canı yanmış”, "Maral”, "Ceyran”, "Kəpənək”, "Amma anam bilməsin”, «Papam icazə vermir”, "Nə qəşəng duruşun var, ay gözəl” və s. kimi duzsuz, şit mahnılar lazımdır?! Məgər zövqümüz bu qədərmi korlanıb, musiqi anlayışımız cılızlaşıb? Hətta bəzən belə musiqiləri eşidəndə ürəyin bulanır. Biz gələcək nəslə hansı müsiqini, mədəniyyəti, incəsənəti qoyub gedəcəyik? Onlara korifey sənətkarlarımızın mahnıları yox, rok, pop, rep, djazz, rnb lazımdırmı? Onları o musiqilərə öyrəşdirmək nə dərəcədə doğrudur? İndiki gənclərimizdən soruşsaq, çoxu korifey sənətkarlarımızı tanımayacaq. Açığı, mən də rus, ingilis, türk, azəri estrada mahnılarını dinləməyi sevirəm, dinləyirəm də. Vaxtım olanda radionu açıb ruhumu oxşayan mahnı tapıb dinləyirəm, amma qədərində. Daha bütün günü bayağı, şit, yaxud əcnəbi musiqi dinləməyə nə həvəsim, nə marağım, nə də istəyim var. Sən demə, mənimlə həmfikir onlanlar da az deyil. Bu yaxınlarda bir taksiyə mindim. Taksi sürücüsündən xahiş etdim ki, məni Beynəlxalq Mətbuat Mərkəzinə aparsın. Yol boyu, gördüm ki, sürücü radio dalğalarında nəsə axtarır, bir müsiqidən digərinə çevirir, istədiyini tapa bilmədiyindən əsəbiləşir. Qəflətən üzünü mənə tutub soruşdu: "Xanım, üzr istəyirəm, ədəbsizlik olmasın, olar sizdən bir söz soruşum?”
 
Dedim ki, buyurun. Soruşdu ki, xanım, siz jurnalistsiniz? Ona yazar, jurnalist olduğumu dedim. Bununla da adamın dərdi açıldı. Qayıtdı ki, xanım görürsünüz də səhərdən radio dalğalarında normal bir mahnı, ruhumu oxşayan bir musiqi axtarıram, amma tapa bilmirəm. Mənə başa salın, niyə bizim radiolarımız avropalaşıb, bayağılaşıb, cılızlaşıb? Bayaqdan istəyirəm qulağım korifey sənətkarlarımızın musiqisini, mahnısını eşitsin, amma heç nə tapa bilmirəm. Mən əcnəbi müğənniləri dinləməyi sevirəm, amma daha bütün günü yox. Bayağı mahnılar dinləməkdən qulaqlarım batıb. Mən taksi sürücüsüyəm, darıxmamaq üçün məcburam başımı nə iləsə qatım. Musiqini sevirəm. Ona görə musiqi dinləməyə üstünlük verirəm. Bilirsinizsə, bunun səbəbini deyin, niyə tanınmış, tarixə yazılan mahnılar, ifalar, nəğmələr unudulub?
 
Niyə radiolarda heç olmasa, bir saat da olsa, o musiqiləri dinləyə bilmirik, niyə bu musiqələrə həsrətik? Axı radionu tək gənclər dinləmir ki, orada bütün günü əcnəbi gənc ifaçiları səsləndirsinlər?! Nisbətən yaşlı nəsil də dinləyir. Niyə Müslüm Maqomayev, Rəşid Behbudov, Şovkət Ələkbərova, Mirzə Babayev unudulur, onların yerinə «pişik»lər, «dovşan»lar, «əjdaha»lar peyda olur? Gördüm, ağsaqqal çox mədəni və müasir insandı, fikirləşdim ki, onunla kəlmə kəsmək olar. Dedim ki, ağsaqqal, bu suala cavabı jurnalist, yazar kimi yox, adi bir insan, sıravi vətəndaş kimi verəcəm. Məncə, birinci növbədə biz özümüz avropalaşmışıq, daha radiolardan nə gözləmək olar? İngilis, rus, fransız dilini bilən-bilməyən, hamı o dildə mahnılara qulaq asır. İstəyirlər ki, kənardan muasir görünsünlər. Əlbəttə, bu acınacaqlı haldır. Amma nə edək ki, radiolar reytinqə görə məcburdular əcnəbi və bayağı mahnılar səsləndirməyə. Onlara Rihanna, Şakira, Beyonce, Britney Spears, J.Lo, Dima Bilan, Tarkan, Hadisə daha önəmli və maraqlıdır. Mən də o müğənniləri sevirəm, amma qədərində dinləyirəm, bizə onlar yox, bizim əfsanəvi müğənnilərin musiqiləri lazımdır. Bizə əcnəbi yox, özümüzünkülər qalacaq. Cavabı belə oldu: "Razıyam, sözünüzə qüvvət, amma indi siz mənə dalğa deyə bilərsiz ki, orada yaxşı musiqi dinləyə bilim, yoxsa tapa bilmirəm əsəbiləşirəm?
 
Dedim ki, Normal dalğa az olsa da, yenə İctimai Radio, Xəzər FM, 106.3 FM-i dinləyin, mən ancaq o dalğaları dinləyirəm. Orada heç olmasa milli musiqilərə yer ayrılır, könlümüzü oxşayan mahnılar tez-tez səslənir. Deyəsən, cavabım onun xoşuna gəldi. Bir andaca siması işıqlandı, səsinin tonu dəyişdi. Dedi ki, Allah korifey sənətkarlarımıza rəhmət eləsin! Yəqin indi məzarda ruhları göynəyir, onlar bilsəydilər ki, bu tezliklə unudulacaqlar, heç vaxt əziyyət çəkib əllərinə mikrofon alıb oxumazdılar. Heyf o məlahətli səslərdən, unudulmaz ifalardan. Onlar oxudular ki, unudulsunlar? Təəssüf! Mənzil başına çatanda sürücüyə dedim: "Ağsaqqal, biz onları unutmasaq, onlar heç vaxt unudulmaz, ruhları da göynəməz, əksinə, ruhları şad olub, sevinər. Sizə də məsləhətim, istədiyiniz mahnıları dinləmək, könül rahatlığı tapmaq istəyirsinizsə, sadaladığım o dalğaları dinləyin, ya da dükanlardan disk alıb qulıaq asın. Peşman olmarsınız”. Sağollaşıb ayrıldıq. Amma uzun müddət sürücünün sözlərinin təsiri altında qaldım. O, düz deyirdi, korifey sənətkarlarımız bilsəydilər ki, onların yerini bayağı müğənnilər tutacaq, əcnəbi müğənnilərə onlardan çox önəm veriləcək, əziyyət çəkib musiqi tarixinə düşməzdilər. Sürücü haqlıdır, indi onların ruhu mütləq göynəyir. Onlar oxudular ki, illər keçdikdən sonra unudulsunlar? Leyla Namazova Namazova Leyla tarafından 13:48 itibariyle görüldü Bir mesaj yaz...
0
XƏBƏR LENTİ