03:24 Cümə, 28 Fevral 2020
Maqazin

Rəqsanə dələduzluq əməlinə görə axtarışa verilir

12:22, 10.04.20132476
Rəqsanə dələduzluq əməlinə görə axtarışa verilir

Tanınmış müğənni, Goranboy rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Rəqsanə İsmayılova Bakının Suraxanı rayon Polis İdarəsi tərəfindən külli miqdarda dələduzluq əməlinə görə axtarışa verilib. 

Bu gün isə onun MDB məkanında beynəlxalq axtarışa veriləcəyi gözlənilir. AZXEBER.COM-un məlumatına görə, məlumatı Vesti.az-a Suraxanı rayon Polis İdarəsindən veriblər.

Rəqsanə 5 epizod üzrə külli miqdarda dələduzluqda şübhəli bilinir.

Zərərçəkənlər arasında Heydər Əliyev beynəlxalq hava limanının əməkdaşı Babayeva Rəna Həbib qızı da var. Məlumata görə, Rəqsanə 2008-ci ilin martında bir neçə nəfər Moskvaya gedib. Lakin həmin vaxt müğənnin pulu olmayıb və Rəna Babayeva onlara öz hesabına bilet verib. Rəqsanə pulu qaytaracığına söz versə də, beş ildir borcunu ödəmir.

XƏBƏR LENTİ