Xəstəxanaya yerləşdirilən Flora Kərimovanın qızı Azərbaycana gəldi

Xəstəxanaya yerləşdirilən Flora Kərimovanın qızı Azərbaycana gəldi
MAQAZİN
09:56 14.06.2026
190
Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilib. 

AZXEBER.COM xəbər verir ki, Xalq artistinin köməkçisi Yaqut İmanova sənətkarın səhhətindən danışıb. 

O, bildirib ki, Flora xanım bazar ertəsinə qədər xəstəxanada həkim nəzarətində olacaq:

"Mən illərdir Flora xanımın yanındayam. Bu dəfə də həmişəki kimi sadəcə yoxlanmaq üçün xəstəxanaya gəlmişdik. Həkimlər səhhətindəki problemlərin ciddiyətini nəzərə alaraq təcili xəstəxanaya yatmalı olduğunu  dedilər. Əsas problemi ürəklə bağlıdır. Bazar ertəsinə qədər xəstəxanada həkim nəzarətində qalacaq. Allah dövlətimizdən razı olsun, bütün prosesə nəzarət edirlər".

Yaqut xanım bildirib ki, Xalq artistinin Londonda yaşayan qızı Zümrüd Azərbaycana gəlib və hazırda anasının yanındadır:

"Hər zaman mən Flora xanımın yanında olmuşam. İndi Londondan qızı Zümrüd gəlib, anasının yanındadır. Ümid edirik ki, tezliklə Flora xanım sağalacaq və evə buraxılacaq".
 
 
"Primetime"
OXŞAR XƏBƏRLƏR