IRIB: İran Vensin məktubuna cavab verməyib

IRIB: İran Vensin məktubuna cavab verməyib
DÜNYA
01:00 30.10.2026
152
İran tərəfi Vaşinqtona ünvanladığı 7 şərtin icrasında israr edir və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin məktubunu cavablandırmayıb.

AZXEBER.COM IRIB-yə istinadən xəbər verir ki, Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə yazdığı məktub cavabsız qalıb.

"İran məktubu təhvil alıb, lakin hələlik ona cavab verməyib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Tehranın təklifinə zidd mövqe qəbuledilməzdir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vensin Rezaiyə ünvanladığı məktubda İran tərəfinə dərman preparatlarının çatdırılması təklif edilib.
OXŞAR XƏBƏRLƏR