Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu

Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
SOSİAL
01:17 15.06.2026
816
"Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir".

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib.

T.Musayevin sözlərinə görə, bunun əsas səbəblərindən biri həmin şəhərlərdə nəqliyyat imkanlarının əlçatan olması və turizm infrastrukturunun - hotellərin, ictimai iaşə obyektlərinin, istirahət və əyləncə məkanlarının yüksək səviyyədə inkişaf etməsidir.

O bildirib ki, turistlər Qəbələyə əsasən "Tufandağ" dağ-xizək kurortunda istirahət etmək, kanat yolu ilə gəzinti etmək, "Yeddi Gözəl" şəlaləsini ziyarət etmək, dağ mənzərələrindən zövq almaq və Vəndam kəndinə baş çəkmək üçün üz tuturlar.

ATGA rəhbəri qeyd edib ki, Şəki qədim İpək Yolunun mühüm dayanacaq məntəqələrindən biri olub. Burada qədim karvansaralar, məscidlər, məbədlər və sənətkar dükanları bu günədək qorunub saxlanılıb. Şəhərin XVIII əsrə aid Xan Sarayı ilə birlikdə tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Bundan əlavə, Şəki turistlərə məşhur Şəki paxlavasını və ənənəvi piti yeməyini dadmaq imkanı da təqdim edir.

T.Musayevin sözlərinə görə, hər iki şəhər müxtəlif festivalları ilə də turistlərin diqqətini cəlb edir. Qəbələdə hər il Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində konsertlərin əksəriyyəti dağ və meşə mənzərələri fonunda, açıq havada təşkil olunur. Bundan başqa, şəhərdə məşhur Qəbələ Mürəbbə Festivalı da keçirilir.

Şəkidə isə hər il "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festival çərçivəsində müxtəlif ölkələrdən gələn folklor kollektivləri öz sənətlərini nümayiş etdirirlər.

Musayev hesab edir ki, yaxın illərdə Naxçıvan da Azərbaycanın ən cəlbedici turizm istiqamətlərindən birinə çevrilə bilər. Onun sözlərinə görə, Quba rayonunda yerləşən və ölkənin ən ucqar, ən yüksək dağ kəndi sayılan Xınalıq, eləcə də İsmayıllı rayonunun İvanovka kəndi də turistlər arasında böyük maraq doğurur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
17:52 26.09.2026
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
17:48 26.09.2026
İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı
17:43 26.09.2026
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 26.09.2026
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
17:25 26.09.2026
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
Afinada yaşayış binasında güclü partlayış nəticəsində ölənlər var
17:20 26.09.2026
Afinada yaşayış binasında güclü partlayış nəticəsində ölənlər var
Tramp: İran nüvə silahına sahib ola bilməz
17:10 26.09.2026
Tramp: İran nüvə silahına sahib ola bilməz
Kilian Mbappe zədələnib
17:04 26.09.2026
Kilian Mbappe zədələnib
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu
16:56 26.09.2026
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu
Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
16:53 26.09.2026
Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
16:48 26.09.2026
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Mark Rutte: Putin NATO üçün uzunmüddətli təhdidə çevrilib
16:45 26.09.2026
Mark Rutte: Putin NATO üçün uzunmüddətli təhdidə çevrilib
Daha 3 pilot Formula 1-də mübarizəni dayandırdı
16:41 26.09.2026
Daha 3 pilot Formula 1-də mübarizəni dayandırdı
Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
16:34 26.09.2026
Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
16:27 26.09.2026
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
“Bu, ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir” - Anar Əliyev
16:23 26.09.2026
“Bu, ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir” - Anar Əliyev