Məcburi köçkünlərlə ev sahibi arasında gərgin anlar - VİDEO

Məcburi köçkünlərlə ev sahibi arasında gərgin anlar - VİDEO
SOSİAL
02:50 26.11.2026
36
"30 il öncə evimizdə məskunlaşan keçmiş məcburi köçkün ailəsi indi həmin mənzili bizə qaytarmaq istəmir".

Bu iddia ilə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən mənzilin qanuni sahibi Balahəsən Aydınovun həyat yoldaşı "Xəzər Xəbər"ə müraciət edib. O bildirib ki, illər əvvəl evlərinə məcburi şəkildə yerləşən Qubadlı rayon sakini Pənah Mütəllimov və ailəsi mənzili tərk etmək istəmir. Şikayətçinin sözlərinə görə, əllərində mənzilin boşaldılması ilə bağlı rəsmi məhkəmə qətnaməsi olsa da, qarşı tərəf buna məhəl qoymur.

Məsələni yerində araşdırmaq üçün ev sahibi ilə birlikdə sözügedən ünvana yollandıq. Qapı açılar-açılmaz ev sahibləri içəri daxil oldular və tərəflər arasında gərginlik yarandı.

Keçmiş məcburi köçkün Pənah Mütəllimov deyir ki, onlar yalnız doğma ata-baba yurdlarına, Qubadlıya köçürüləcəkləri gün bu evdən çıxacaqlar.
 

OXŞAR XƏBƏRLƏR