Rusiyalı politoloq: "Laçının qaytarılması Azərbaycanın həm də siyasi nailiyyətidir"

Rusiyalı politoloq: "Laçının qaytarılması Azərbaycanın həm də siyasi nailiyyətidir"
SİYASƏT
19:30 02.12.2020
780

Laçın rayonunun qaytarılması Azərbaycanın həm siyasi, həm də dövlət və ictimai baxımdan mühüm nailiyyətidir.

Bunu Report-un Rusiya bürosuna politoloq, Rusiya İqtisad Universitetinin kafedra müdiri Aleksandr Perenciyev bildirib.

"Ermənistan tərəfi özbaşınalıq edərək əldə edilən razılaşmaları yerinə yetirmək istəməyib, Dağlıq Qarabağı tanıyacaqlarını bildirərək mütəmadi olaraq Azərbaycana təzyiq göstərirdi. Lakin indiyədək heç bir işğalçı işğal etdiyi ərazinin müstəqilliyini tanımayıb. Bunun əvəzində həmin torpaqları özününküləşdirmək istəyirdilər. Yəni Azərbaycanla imzalanmış o qədər razılaşmalara baxmayaraq Ermənistan hər vəchlə vaxt qazanmağa çalışırdı. Onlar həmin əraziləri 50, 100 il əldə saxlayıb sonra da "bilirsiniz, artıq bu qədər vaxt keçib, de-fakto bu torpaqlar bizimdir, indi gəlin bunu hüquqi cəhətdən də Ermənistanın bir hissəsi kimi tanıyaq, qurtarsın getsin” deməklə məsələni öz xeyrinə həll etmək istəyirdilər. Lakin Azərbaycan hökumətinin və xalqının qətiyyətli mövqeyi sayəsində bu məkrli plan baş tutmadı”, - deyə ekspert qeyd edib.

Politoloqun fikrincə, Ermənistan bu torpaqlardan öz xoşuna çıxmaq niyyətində olmayıb: "Laçın rayonunun Azərbaycana qaytarılması ilə Ermənistanın planları tam olaraq pozuldu. Üstəlik də, Ermənistanın hər hansı əvvəlki razılaşmanı yerinə yetirmək fikrində olmadığını da etiraf etməliyik. İndi isə yeni mərhələ başlayır, Azərbaycanın azad olunmuş əraziləri küllərin içindən yenidən dirçələcək, qurulacaq”.

Ermənistan baş nazirinin Rusiyaya səfərinin təxirə salınmasına münasibət bildirən rusiyalı politoloq qeyd edib: "Məncə, Rusiya tərəfi bu məsələdə fasilə götürüb. Belə ki, bu gün baş nazir Paşinyanın nə qədər legitim olması da bir qədər müəmmalıdır. Bu vəzifəni qanuni əsasla tutsa da, erməni xalqının həqiqi dəstəyinə arxalanıb-arxalanmadığı böyük sual altındadır. Ona görə də rəsmi Moskva qarşısında problem durur. Yəni erməni xalqının dəstəkləmədiyi bu şəxslə necə danışıqlar aparıla, qərarlar verilə bilər? Ermənistandakı daxili vəziyyət də aydın deyil. Qarşıdakı danışıqlarda da söhbət, yəqin ki, Ermənistanın yox, Nikol Paşinyanın gələcəyindən gedəcək. Fikrimcə, Moskva heç də cənab Paşinyanın sonrakı taleyilə bağlı məsuliyyəti üzərinə götürmək istəməz, bu məsələ erməni xalqının məsələsidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bəzi ərazilərdə qaz olmayacaq
09:52 13.11.2026
Bakıda bəzi ərazilərdə qaz olmayacaq
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
09:49 13.11.2026
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
09:45 13.11.2026
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
09:33 13.11.2026
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
09:22 13.11.2026
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
09:10 13.11.2026
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
09:02 13.11.2026
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
08:55 13.11.2026
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
08:48 13.11.2026
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
08:36 13.11.2026
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
08:31 13.11.2026
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:24 13.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
08:20 13.11.2026
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
08:06 13.11.2026
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
08:04 13.11.2026
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
07:55 13.11.2026
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi