Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib

Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
DÜNYA
08:04 13.11.2026
48
Papua-Yeni Qvineya sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 14,4 min nəfərin yaşadığı Kavienq şəhərindən 144 kilometr şimal-qərbdə yerləşib.

Zəlzələnin ocağı 26 kilometr dərinlikdə olub. Sunami təhlükəsi elan edilməyib.
OXŞAR XƏBƏRLƏR