Tanınmış aparıcı öldürüldü

Tanınmış aparıcı öldürüldü
DÜNYA
06:03 13.11.2026
63
Pakistanın tanınmış teleaparıcısı Rabia Ahsan Ravalpindi şəhərində yerləşən evində ölü tapılıb.

Bu barədə Pakistan polisi məlumat yayıb.

Məlumata görə, güllə yarasından ölən 41 yaşlı Ahsanın meyiti polislər tərəfindən aşkar edilib.

Aparıcının həyat yoldaşı Tahir Xan şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirilmə zamanı Xan müstəntiqlərə ifadəsində bildirib ki, silah onun əlində olarkən təsadüfən açılıb və o, silahın dolu olduğundan xəbərsiz olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Rabia Ahsan Pakistanın "92 Nyus” telekanalının aparıcısı idi.
 
///axar.az
OXŞAR XƏBƏRLƏR