Onlar prezident seçkilərində potensial namizəddir

Onlar prezident seçkilərində potensial namizəddir
DÜNYA
05:23 13.11.2026
42
ABŞ-ın Respublikaçılar Partiyasından Ceyms Di Vens və Marko Rubio, demokratlardan isə Jon Ossoff və Pit Buttijig 2028-ci il prezident seçkilərində aparıcı potensial namizədlər kimi ortaya çıxıblar.

Bu barədə "Röyters” agentliyinin sorğusunda göstərilir.

Respondentlərin 45%-i Rubionu "əla" namizəd adlandırıb, 43%-i isə Vensin ən yaxşı namizəd olduğunu bildirib. Demokratlar arasında Ossoff və Buttijig eyni reytinqlə 29% alıblar.

Sorğuda 1705 vətəndaş iştirak edib. Partiyalar hələ rəsmi olaraq prezidentlik kampaniyasına hazırlıqlara başlamayıblar və seçimlər dəyişə bilər.
 
///axar.az
OXŞAR XƏBƏRLƏR