Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
DÜNYA
03:56 13.11.2026
64
Avropa İttifaqı noyabrın 16-da Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri təsdiqləməyi planlaşdırır. Təklif olunan sanksiyaların 150 fiziki şəxsə və 50 banka şamil oluna biləcəyi bildirilir.

Fransanın Avropa məsələləri üzrə nazir-delegatı Bencamin Haddad bildirib ki, sanksiya siyahısına 150 fiziki şəxs və 50 bank daxil edilə bilər.

Onun sözlərinə görə, siyahıya əlavə olunması təklif edilən namizədlərin böyük hissəsini Fransa irəli sürüb.

Nazir qeyd edib ki, Avropa İttifaqı Rusiyaya iqtisadi təzyiqi davam etdirəcək və Ukraynaya dəstəyini qoruyacaq.
 
///sfera.az
OXŞAR XƏBƏRLƏR