Bu gün Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu, Vəndam qəsəbəsinin, Nohurqışlaq, Tüntül və Yengicə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.











































