Azərbaycanda institutun adı dəyişdirildi - Video

Azərbaycanda institutun adı dəyişdirildi - Video
SOSİAL
01:06 13.11.2026
36
Naxçıvan Müəllimlər İnstitutunun binasının adı və loqosu dəyişdirilib.

AZXEBER.COM xəbər verir ki, Baş nazir Əli Əsədovun sentyabrın 21-də imzaladığı qərara əsasən, Naxçıvan Müəllimlər İnstitutu ləğv edilərək Naxçıvan Dövlət Universitetinə qoşulması yolu ilə yenidən təşkil edilib.

Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisi hesab olunur. İnstitutun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Naxçıvan Dövlət Universitetinə keçirilib.

Artıq bu gündən etibarən Naxçıvan Müəllimlər İnstitutunun binasının üzərindəki loqo və ad dəyişdirilib. Binanın üzərindəki əvvəlki yazı yenilənərək "Naxçıvan Dövlət Universiteti" yazısı ilə əvəz olunub.
OXŞAR XƏBƏRLƏR