Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığma ilə müqaviləsini 2030-cu ilədək uzadıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Argentina millisinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.
"İlk gündə olduğu kimi, eyni həvəs və ruh yüksəkliyi hiss edirəm. İşimi davam etdirə bildiyim üçün şadam və minnətdaram. Bu andan etibarən yeni mərhələ başlayır", - deyə Skaloni vurğulayıb.
Skaloninin rəhbərliyi ilə Argentina millisi Qətərdə keçirilən 2022-ci il dünya çempionatının finalında Fransa yığmasını penaltilər seriyasında məğlub edərək dünya çempionu olub.
Argentina millisi 2026-cı il dünya çempionatının finalında isə İspaniya yığmasına məğlub olub.











































