Nəvəsinin andiçmə mərasimində iştirak etmək üçün Gəncəyə gedən və sonradan itkin düşən Mirzəcan Səmid oğlu Hüseynovun meyitinin tapılması ilə bağlı yeni təfərrüat məlum olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, onun cəsədi Göygöl rayonunun Hacıməlik kəndi ərazisində, boş torpaq sahəsində tapılıb.
İlkin müayinə zamanı mərhumun bədənində hər hansı zorakılıq izinə rast gəlinməyib.
Qeyd edək ki, hadisə noyabrın 8-də Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində keçirilən andiçmə mərasimindən sonra baş verib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.











































