Mafiya lideri küçədə baltalanaraq öldürüldü

Mafiya lideri küçədə baltalanaraq öldürüldü
DÜNYA
05:53 13.11.2026
42
Hindistanın Jaypur şəhərində 25 yaşlı mafiya lideri Vijay Bajiya küçənin ortasında baltalanaraq öldürülüb.

Bu barədə NDTV məlumat yayıb.

Bildirilib ki, hadisə 2019-cu ildə qətlə yetirilən şəxsin övladları tərəfindən intiqam məqsədilə törədilib.

Qeyd olunub ki, pikap tipli avtomobil Bajiyanın maşınına çırpılıb.

Daha sonra mafiya lideri maşından düşərək qaçmağa cəhd etsə də, hücum edən şəxslər onu küçədə yaxalayaraq balta ilə öldürüblər.
 
///axar.az
OXŞAR XƏBƏRLƏR