Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib

Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
DÜNYA
06:53 13.11.2026
55
"Kiyev Rusiya ilə müharibənin başa çatdırılması üzrə danışıqlarda bu il konkret nəticələr əldə etməyə ümid edir. Lakin bu, böyük ölçüdə ABŞ-ın Moskvaya münasibətindən asılıdır”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski İrlandiyanın Baş naziri Maykl Martinlə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"Biz genişmiqyaslı hücumlarla üz-üzəyik. Əlbəttə, ilin sonunadək nəticə əldə etmək istəyirik və bunun baş verməsi üçün əlimizdən gələni edəcəyik”, – Zelenski bildirib.

O qeyd edib ki, çox şey sabah ABŞ və Rusiya tərəfləri arasında dialoqun formatından asılı olacaq. Zelenskinin sözlərinə görə, mövcud vəziyyəti nəzərə alsaq, ABŞ da bu il nəticə əldə etməkdə maraqlıdır.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR