Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı

Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
İDMAN
08:06 13.11.2026
59
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.

AZXEBER.COM xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma səfərdə Lixtenşteynlə qarşılaşacaq.

Oyun Vaduz şəhərindəki "Rheinpark" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Görüşü FIFA referisi, estoniyalı Kristo Tohver idarə edəcək.

UEFA Millətlər Liqası

D Liqası, II qrup

23:45 - Lixtenşteyn - Azərbaycan.

Xatırladaq ki, millimiz üç turdan sonra beş xalla D Liqasının II qrupunda liderdir.
OXŞAR XƏBƏRLƏR