"Saçıma rəng qoymağa əlim gəlmir" - Nailə Mirməmmədli ilə VİDEOMÜSAHİBƏ

"Saçıma rəng qoymağa əlim gəlmir" -  Nailə Mirməmmədli ilə VİDEOMÜSAHİBƏ
MÜSAHİBƏ
17:03 29.07.2019
12953

AZXEBER.COM-un bu həftəki ulduz qonağı, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədlidir:


- Uşaq vaxtı hər kəs böyüyəndə məşhur olmağı arzu edir. Siz necə, bu qədər uğur əldə edib tanınacağınıza inanırdız?


- Uşaq vaxtı hər kəs düşünür ki, böyüyüb tanınmış olum, uğur qazanım. Mən də uşaq vaxtı böyüyəndə tanınmış pianoçu olmaq istəyirdim. Amma düşünmürdüm ki, bəstəkar olacam. Sonradan taleh elə gətirdi ki, bu işlə məşğul oldum.


- Əvvəllər qız övladlarının ali təhsil almasına ailələri qarşı çıxırdı. Sizin ailə ali təhsil alıb, tanınmış olmağınıza necə reaksiya verdilər?


- Bizim ailədə musiqini çox sevirlər. Mənim atamın ana tərəfindən Məşədi Məmməd Fərzəliyev çox gözəl xanəndə olub. Atamın atasının da musiqi ilə əlaqəsi olub. Təzəpirdə axund olub, özü- özündən mərsiyələr yazıb. Əmim Əlibaba Abdullayev SSRİ-nin xalq artisti olub. Bu gün Azərbyacan milli rəqsləri Əlibabanın adı ilə bağlıdır. Bizim nəslin bir çox üzvü musiqi təhsili alıb. Amma buna baxmayaraq, sonradan başqa sənət yolu ilə məşğul olublar. Onu da deyim ki, bizim ailədə elə bir şey olmayıb ki, desinlər ki qız uşağıdır, oxumasın, ərə getsin. Əskinə bizdə maraqlanırdılar ki, kim hansı sahə üzrə gedəcəkdirsə o sahə üzrə yaxşı ali təhsil alsınlar. Mənim valideynlərim 2 yaşımdan etibarən müəllimim olublar. Atam tarda gözəl ifa etməsinə baxmayaraq, ticarətçi olub. O məni Emin Sabitoğlu, Mirzə Babayev, Niyazi , Tofiq Bayram,Hüseyn Arif , Səttar Bəhlulzadə, Toğrul Nərimanbəy və Həsən Haqverdiyev kimi sənətçilərin mühitində böyüdüb. Yadımdadı o həmişə məni oğlan kimi elə məclislərə yanında aparıb. Evin son beşiyi olduğum üçün hər zaman yanında gəzdirib məni. Çalışmışam həmişə atam kimi mərd olum.


- Həyat yoldaşınız da təsadüfən bu sənətin sahibi oldu. Bu yolda birgə çox az müddət yürüdüz. Təklik yəqin ki, çətin oldu?


- Mən desəm ki, xoşbəxt insanam kimsə məni qınayar. Amma xoşbəxtəm ona görə ki, mən Hikmət kimi bir insanı və ailəsini tanımışam. Onun kimi gözəl musiqi duyumuna malik bir insanı tanımışam. Biz birgə başladıq bu yola. Bir-birimizin həvəsinə oxuyurduq, öyrənirdik. Yaddaşlarda qala bilən musiqilər yazdıq. Ondan sonra mənə çox çətin oldu. Bununla barışa bilmirdim təbii ki, namaz əhli olduğumdandan üsyan da etmədim. Təki Allah heç kəsi bivaxt aparmasın. Bu da bir qismətdir. Mən fikirləşirdim ki, bu mənim qismətimə yazılıbsa, qəbulumdu.


- Onun adını daim yüksəkdə tutmaq üçün nələr edirsiz?


- Çalışıram ki, Hikmətin qoyub getdiyi əsərləri üzə çıxarım. Hətta bitirə bilmədiklərini tamamlayım. Hikmət rəhmətə gedən vaxtı uşaqların heç biri ali təhsil almamışdılar. Fikirləşdiyi kimi övladlarımızı da oxutdururam. Böyük oğlumu da evləndirdim. Nəvəm də var. Bilirəm ki, onun ürəyincədir. Mən o insanı tanımışam və onun fikirləşdiyi kimi, istədiyi kimi yaşayıram. Onun hər istəyini həyata keçirtmək üçün əlimdən gələni edirəm.


- Hikmət müəllimin sizdən istədiyi nə idi?


- İlk istəyi ailəsinin mükəmməl olub, övladlarının hər birinin ali təhsilli olması idi. Ailəmizin əsl Azərbyacanlı ailəsi olması ilə seçilməsini istəyirdi. Şükürlər olsun ki, Allah mənə o gücü veridi və mən bunu bacardım.


- Yuxularınıza yəqin ki, qonaq olur?


- Hansısa bir hadisədən həyəcan keçirəndə və ya hansısa əsəri yazıb tamamlayanda, mütləq yuxuma girir. Hətta Məkkəyə getməzdən əvvəl belə yuxuma girdi. Onda anladım ki, o hər şeydən xəbərdardı.


- Nailə Mirməmmədli üçün güclü qadın olmaq necə hissdir?


- Hərdən mənə çox güclü qadınsan deyirlər. Vallah mən güclü qadın kimi görünmək üçün yaşamamışam. Elə həyat tərzi keçirməmişəm ki, güclü qadın kimi görsənim.Tək yaşayan qadın hər zaman qınana bilər. Mənsə çalışmışam ki, heç kimin qınağına tuş gəlməyim. Bu gün mənim valideynlərim yanımda deyil. Onlar mənə necə güclü qadın olmaq olar deyə bir dərs keçməyiblər. Bütün bunları həyat insana öyrədir. Bir şeyə əminəm. Qurban olduğum acı verirsə, onu çəkə biləcək gücü də verir.


Müsahibənin davamını aşağıdakı linkdən izləyə bilərsiniz:

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI