"El-Klasiko" öncəsi "Real Madrid"də ciddi itki - Foto

"El-Klasiko" öncəsi "Real Madrid"də ciddi itki - Foto
İDMAN
15:35 25.10.2026
103
"Real Madrid" futbol klubunun qapıçısı Tibo Kurtua İspaniya La Liqasının 10-cu turunda "Barselona"ya qarşı keçiriləcək prinsipial matçda iştirak etməyəcək.

Oxu.Az bu barədə Madrid klubunun rəsmi saytına istinadən xəbər verir.

34 yaşlı belçikalı qolkiper qrip simptomları səbəbindən son anda komandanın "El-Klasiko" üçün iştirak ərizəsindən çıxarılıb. Onu heyətdə 19 yaşlı ukraynalı qapıçı İlya Voloşin əvəzləyib.

Qeyd edək ki, "Barselona" - "Real Madrid" oyunu oktyabrın 26-ı saat 00:00-da keçiriləcək. "Barselona" 27 xalla La Liqaya liderlik edir. 6 xal geridə qalan "Real Madrid" isə turnir cədvəlinin üçüncü pilləsində yer alıb.
 

OXŞAR XƏBƏRLƏR