ABŞ-də məzuniyyət şənliyində qan töküldü - 12 yaralı var, 6-sı uşaqdır

ABŞ-də məzuniyyət şənliyində qan töküldü - 12 yaralı var, 6-sı uşaqdır
DÜNYA
14:19 25.10.2026
148
ABŞ-nin Florida ştatının paytaxtı Tallahassi şəhərində yerləşən Florida Kənd Təsərrüfatı və Mexanika Universitetinin (Florida A&M) yaxınlığında keçirilən məzuniyyət ziyafətində silahlı insident baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən ziyafətdə qeydə alınan kütləvi dava qanla bitib.

Polis idarəsinin məlumatına görə, yaralananlardan 11-i güllə yarası, 1 nəfər isə insident zamanı ərazidən qaçarkən yıxılaraq xəsarət alıb. Yaralananların 6-sı yetkin şəxs, 6-sı isə uşaqdır. Zərərçəkənlərdən 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd olunub ki, qaçarkən xəsarət alan şəxs yaralanan uşaqlardan birinin nənəsidir.

İlkin araşdırmalara əsasən, yerli vaxtla saat 20:00 radələrində tədbir iştirakçıları arasında fiziki əlbəyaxa dava başlayıb və qısa müddət sonra tərəflər silaha əl atıblar. Hadisə ilə bağlı genişmiqyaslı istintaq başlanıb, atəş açan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR