xari

Şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək

GƏNCLİK
18:35 07.01.2021
273
Gənclər Fondunun dəstəyi ilə şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər deyib.

Onun sözlərinə görə "3 ÖVLADIN ŞƏHİD ATASI – Vüqar Sadıqov haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir: "”Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq biz bu günə qədər bir neçə film ərsəyə gətirmişik. Filmlərin böyük əksəriyəti Qarabağa həsr olunmuşdu. Budəfəki film isə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan çavuş Vüqar Lətif oğlu Sadıqov haqqındadır. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Sadıqov Vüqar Lətif oğlu Ağstafa rayon Yuxarı Göycəli kəndində dəfn olunub. Sadıqov Vüqar Lətif oğlu xeyli sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edib. Şəhidimizin 3 övladı var. Artıq peşəkar heyətimiz müəyyənləşmək üzrədir və yaxın günlərdə Ağstafada çəkilişlərə başlayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm”.

OXŞAR XƏBƏRLƏR