23:33 Cümə, 23 Avqust 2019
Maqazin

“Şəhidlərimin nənəsi yaşındayam, ad günü keçirmək harama yaraşır?"

13:41, 23.07.20194511
“Şəhidlərimin nənəsi yaşındayam, ad günü keçirmək harama yaraşır?
Bu gün xalq artisti Flora Kərimovanın 78 yaşı tamam olur.

Ağdamın işğalından sonra illərdir doğum gününü qeyd etməyən canlı korifey news24.az-a danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Şəhidlərimin nənəsi yaşındayam. Bayram eləmək harama yaraşır? 23 iyul ad günüm yox, ən bədbəxt günümdü. Dərd, itki... Hər cavan balamız torpağa tapşırılanda onlarla bir yerdə mənim də canımdan bir parça torpağa tapşırılır. Bu gün mənə danışmaq çox çətindir. Yaralıyam. Ömür vəfa eləsə, məni Ağdamda təbrik edərsiniz".
XƏBƏR LENTİ