Tünzalə Ağayevanın qızından anası ilə bağlı hər kəsi təəcübləndirən etiraf - VİDEO

MAQAZİN
15:26 03.09.2020
14327
AZXEBER.COM informasiya portalı yeni rubrikaya start verir.
 
Bu gündən etibarən hər həftə 1 məşhur AZXEBER.COM-un "Qonağım ol" rubrikasında olacaq.
 
İlk qonağımız Azərbaycanın xalq artisti Tünzalə Ağayevadır.
 
Tünzalə Ağayevanın videomüsahibəsini təqdim edirik:



Tünzalə Ağayeva müsahibəsində pandemiya dövrünün çətinliklərindən danışıb: 

"Bu dövrdə bəlli bir stress aldım. İşlərimiz və fəaliyyətimiz dayandı. İlk növbədə hamı kimi bizdə birinci sağlamlığımızı düşündük. Dəyərli dostlarımla birgə mahnı yazıb ifa etdik. Evdə qal çağırışı etdik. Evdə olsam da, bəlli bir çərçivə içində fəaliyyətimi davam etdirdim. Biz səhnələrə öyrəşmişik deyə evdə qalmaq çətin oldu. Mən düşdüyüm vəziyyətə özümü öyrəşdirə bilən insanam. Çox narahatam ki, mədəniyyət sahəsi hələ də gözləmə rejimindədir. Əlbəttə ki, bu bizə mənfi təsir göstərir. Yeni qərarlar gözləyirik.
 
Bizim də gözümüz qulaqımız səsdədir. Hər gün işləyən musiqiçilər var idi. Elə musiqiçi var ki, o gündəlik işləyir eləsi də var ki, hansısa şirkətlə müqavilə bağlayıb. Biz sadəcə toylar və banketlər nə zaman keçiriləcəyini gözləməməliyik. Bunun bir çox alternativ yolları var. Onu düşünmək lazımdır. Bu dəqiqə durğunluq hökm sürür. Studiya işimi davam etdirirəm. Baxmayaraq ki, studiyanı saxlamaq mənə çətindir. Hər zaman fəaliyyətdə olan Tünzalə özü-özünü saxlayıb. Studiyanı saxlamaq maddi olaraq çox çətindir. Bu narahatlığımı ilk dəfə olaraq etiraf edirəm".
 
Müsahibə zamanı Tünzalə Ağayeva övladı ilə əlaqə saxlayıb və qızından onun mənfi və müsbət cəhətlərini deməsini istəyib. 
 
Nazim Qasımzadə,
Video: Rüfət Hüseyn

OXŞAR XƏBƏRLƏR