Taleh Yüzbəyov: "Aktyor maaşı ilə dolana bilmirdik" - Video

MAQAZİN
14:44 17.09.2020
5172
AZXEBER.COM-un "Qonağım ol" rubrikasının qonağı tanınmış aktyor Taleh Yüzbəyovdur. 



- Sosial şəbəkələrdən məşhurlaşan simalardansız. Bir az bunun sirrindən danışaq.

- Sosial şəbəkədə məşhurlaşmaq üçün ilk növbədə bəxtin olmalıdır. Düzgün vaxtda çalışmaq və tanınmaq önəmlidir. Mən bir neçə video çəkmişdim, onlardan biri uğur gətirdi. Bu məşhurluğun daimi olması üçün də hər zaman daha da yaxşıların etməyə çalışmaq lazımdır
Hələ deyəcək sözüm və ideyalarım var. Özüm haqda heç vaxt yüksək fikirdə olmamışam. Hətta özümü tam olaraq bəyənmirəm. Etdiklərim tam olaraq bir sənət əsəridir deyə düşünmürəm".

- Belə çıxır ki, özünüzdən narazısız. Buna səbəb nədir?

- Bir az hazırlıqsız oluram. Ümumiyətlə, bu işlərdə daha çox hazırlıqlı olmaq lazımdır. Bəzən planlaşdırılmış şeyi müəyyən imkansızlıqlara görə etmək olmur. Bu da məni narazı salır.

- İllər öncə özəl sektorda, "Nar mobile"də çalışmısınız daha sonra isə bloqer olaraq fəaliyyət göstərməyə qərar verdiz. Bu necə oldu?

- 2005-ci ildə İncəsənət Universitetinə daxil olmuşam. Amma aktyor olaraq uğur qazana bilmirdim, filmlərə çəkilmirdim. Teatr maaşı da kifayət etmirdi. 160 AZN maaş alırdım, onun da çox hissəsini ailəmə verirdim. O vaxtı sevgilimlə ay ərzində cəmi bir dəfə kafeyə gedə bilirdik. O da bahalı kafe deyildi amma onunla xoşbəxt ola bilirdik. Sonra daha çox maaş verən yerə gedib "Call center"də çalışdım. Həmişə gedəndə dedim nə vaxtsa burdan çıxacam. Bu da 6 il çəkdi və mən yenidən qayıtdım. 

- Bu 6 il müddəti necə keçdi?

- Ailəm əvvəlcədən mənim incəsənətimə getməyimə razı deyildi. O dönəmlər anam həmişə deyirdi ki, "Bala, səni niyə çəkmirlər". Ancaq bu məni ruhdan salmadı və 6 il sonra qayıtdım. 

- Bəzən aktyorlar sosial məsələlərə reaksiya vermədiklərinə görə tənqid olunurlar. Amma bu sizdə əksinədir, bir çox məsələlərə münasibət bildirirsiz...

- Səmimi deyim ki, heç istəmərəm siyasi məsələlərə qarışım. Amma bəzən mümkün olmur özümlə bacarmıram. Mən də bu xalqın içindən çıxan insanam. 

- İndiyə kimi çəkdikləriniz içində tamaşaçı ən çox nəyi tənqid edib?

- Vulqar kəlimələrin işlənməsinə görə çox tənqid olunmuşam. Amma heç vaxt söyüş söymək xətrinə söyməmişəm. Söyüş insan hisslərinin ən çılpaq və təbii formada ifadə etməsidir. Şikayət edirlər ki, ailədə baxa bilmirlər. Digər tərəf isə sekssizsən deyirlər (gülür). Tənqid etmək tamaşaçının əlindədir onu almaq olmaz.

- Etdiyiniz tənqid və açıqlamalarınıza görə sizə təzyiq edənlər olub?

- Hələ ki, elə bir hal baş verməyib. İncəsənət adamı siyası düşüncələrdən uzaq olmalıdır.

- Açıqlamaların birində demisiz ki kim fahişə ilə evlənmək istəyirsə evlənə bilər. Ətrafınızda dediyiniz kimi elə bir qadınla evlənən biri olub?

- Hələ o halla qarşılaşmamışam. Mən qanun qəbul edən deyiləm. Əslində demək istəyirəm ki, kim kiminləsə ailə qurursa, buna qarışmalı deyilik. Gedib gözüm çıxdıya salım ki, niyə bu insanla ailə həyatı qurmusan? Əsas ətrafa təsiri yoxdursa, kim kiminlə isətəyir evlə bilər. İnsanların qarışmaq lazım deyil. 

- Qaydalar "yevropeyski", maaşlar "afrikanski" demisiniz...

- Tamaşaçı belə şeyləri çox bəyənir. Bu kimi fikirlər çox səslənəndə artıq popuristliyə aparır. Ümumiyətlə, məncə yaradıcı insanlar ən çox əsərləri ilə danışmalıdır. Tanınmışların, şairlərin, aktyorların, rejissorların statusla danışmasını bəyənmirəm. Sən yaradıcı insansansa, əsərlərinlə danışmalısan.
Biz akyordan Qarabağı almağı, müğənnidən siyasi məhbusu azad etməyi tələb edə bilmərik. Vaynerə demək olmaz ki, o videolar əvəzinə get Qarabağı al. Düzdü sabah müharibə olsa, hamımız gedib vuruşacağıq. Özüm də hərbidə olub, postda qulluq etmişəm. 
 
Nazim Qasımzadə

OXŞAR XƏBƏRLƏR