" Müharibəyə getsəm, məndən alçağı yoxdur " -Erməni - VİDEO

SİYASƏT
12:15 05.08.2014
16242
“Zülm içindəyik, məmurların hamısı rüşvət alır”.
Ermənistanın Azərbaycanla təmas xəttində yerləşən kəndlərdə hazırlanmış videoreportaj yayılıb. Erməni jurnalist Tatul Akopyanın öz dilində hazırladığı reportajda Tovuz rayonunun Ağdam kəndi ilə qonşuluğunda yerləşən, keçmişdə azərbaycanlılar, indi isə ermənilər yaşayan Çinarlı kəndinin sakinlərinin fikirləri yer alır.
AZXEBER.COM Publika.az-a istinadən həmin reportajın videosunu və tərcüməsini oxuculara olduğu kimi təqdim edir:
“Çək qardaş, mən deyəcəyəm. Zülm içindəyik, məmurların hamısı rüşvət alır. Hərbi komissar hərbi bilet satır. Yol polisləri, polislər canımızı boğazımıza yığıb. Kimdir müharibəyə gedən? Məni çağırsalar getsəm, məndən alçağı yoxdur. Adamları soymaq lazım olanda başımıza tökülürlər, amma elə ki, atışma oldu polis yoxa çıxır. Nə taxılımızı yığırıq, nə adam kimi yaşaya bilirik. Belə həyatın içini... Bura bax. Buğdaya bax. Quruyub tökülür. Kombayn tapılmır. Hamısı məhv olur gedir. Nə iş görək? De görüm?”.
Qeyd edək ki, sözügedən reportajı Hollandiyada yaşayan soydaşımız Fikrət Hüseynli erməni dilindən tərcümə edib.
OXŞAR XƏBƏRLƏR