"Rayon camaatı daha çox faiz ödəyir" - Bankların region fırıldağı

"Rayon camaatı daha çox faiz ödəyir" - Bankların region fırıldağı
SOSİAL
11:17 02.02.2017
2296

Mərkəzi Bankın rəsmi rəqəmlərində Bakı ilə rayonlar arasında həm kredit məbləği, həm də faiz dərəcəsi üzrə ciddi fərq var.

Bu barədə iqtisadçı Vüqar Bayramov məlumat verib. 

Onun sözlərinə görə, 16.27 milyard manatlıq ümumi kredit portfelinin 13.79 milyard manatı Bakının payına düşür: "Bu o deməkdir ki, ümumi kreditləşmənin 85 faizi Bakıda həyata keçirilir. Yəni, hər verilən 100 manatlıq kreditin 85 manatı Bakının, qalan 15 manatı isə Abşeron daxil olmaqla digər bütün rayonların payına düşür. Məsələ heç də rayonlarda kredit portfelinin azlığı ilə tamamlanmır. Belə ki, Bakıda orta kredit faizi 9.2 faiz olduğu halda əksər rayonlarda kredit faizləri 20 faizdən başlayır”.

Vüqar Bayramov bildirib ki, Azərbaycanda ən baha kreditlər Aran iqtisadi rayonunda təklif edilir: "Mingəçevir, Şirvan, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab ən yüksək faizli kredit götürən rayonlardır. Aran iqtisadi rayonunda kreditlər üzrə orta faiz 22.6 faizdir.

Cənub bölgəmiz bahalı kreditlərin faizinə görə Aran iqtisadi rayonuna "cüzi uduzur”. Belə ki, Lənkəran iqtisad rayonunda orta kredit faizi 22.4 faizdir. Şəki-Zaqatala sakinləri isə orta hesabla 22.0 faizlə kredit götürürlər. Deməli, rayonda yaşayan vətəndaşımız Bakı sakinlərinə nisbətən bankdan orta hesabla 2.5 dəfə çox faizlə kredit götürmək məcburiyyətində qalırlar”. 

İqtisadçı vurğulayıb ki, aparılan tədqiqatlara görə istehlak kreditləri üzrə orta faiz Mərkəzi Bankın rəsmi orta kredit faizlərindən daha çoxdur: "Belə ki, rəsmi statistikada Bakı və rayonlar üzrə orta kredit faizlərinin nisbətən az olması portfelə ipoteka, biznes, güzəştli kreditlər üzrə faiz dərəcələrinin də daxil edilməsidir. Rəsmi rəqəmlərin təhlili göstərir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank kreditləşmədə regional disbalansın aradan qaldırılması üçün real addımlar atmalıdır”.

/// BakiPost.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi
NATO rəsmisi: Razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq
20:46 14.03.2025
NATO rəsmisi: Razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq
Rusiya XİN: Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq
20:34 14.03.2025
Rusiya XİN: Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq
İftar vaxtı - 15 mart 2025: Ramazanın 15-ci günü
20:22 14.03.2025
İftar vaxtı - 15 mart 2025: Ramazanın 15-ci günü
Azyaşlı qızı məktəbdən qaçıran kişi - Saxlanıldı
20:12 14.03.2025
Azyaşlı qızı məktəbdən qaçıran kişi - Saxlanıldı