1 milyarddan çox insan bu səbəbdən ölə bilər - ALİMLƏRDƏN DƏHŞƏTLİ XƏBƏRDARLIQ

MARAQLI
22:55 29.03.2019
5456
İqlim dəyişikliyi və temperaturun artması səbəbiylə 2050-ci ilə qədər təxminən yarım milyard, 2080-ci ilə qədər isə bir milyarddan çox insanın ilin hər ayında ağcaqanadlardan qaynaqlanan xəstəliklərə tutulma riski var.

Bu haqda ABŞ-ın "Public Library of Science" qəzetində dərc olunan araşdırmada deyilir.

Araşdırmaya görə, ağcaqanadların səbəb olduğu xəstəliklərin sayının artması müşahidə olunur. Bu növ xəstəliklərin daha çox Avropada yayılması, ABŞ, Mərkəzi Amerika, Şərqi Asiya, Şərqi Afrika və Kanadada da artacağı gözlənilir.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən bir milyon insan bu kimi xəstəliklər səbəbiylə həyatını itirir.
 
///publika.az
OXŞAR XƏBƏRLƏR