Rusiyada noyabrın 1-i matəm günü elan olunub. AZXEBER.COM Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Qeyd edək ki,Misirin Şarm əl-Şeyx şəhərindən RusiyanınSankt-Peterburq şəhərinə hərəkət edən"Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqindəqəzaya uğrayıb.Təyyarənin göyərtəsində 7-si ekipaj üzvü olmaqla, 224 nəfər olub, onlardan 17-si uşaqdır.Təyyarədə olanların hamısı Rusiya vətəndaşlarıdır. Onlardan 63 nəfəri kişi, 138-i qadındır.Radarlardan itən vaxt 1.8 km sürətlə enməkdə olan təyyarənin mühərrikində texniki bir nasazlıq olduğu ehtimal edilir.
Məlumatlara görə, qəza yerində həlak olanlardan yüz nəfərin cəsədi artıq çıxarılıb. Onlardan 17-si 2yaşından 17 yaşınadək olan uşaqlardır.
Artıq təyyarənin "qara qutu"larından biri tapılıb. Təyyarədə olanların hamısının həlak olduğu bildirilir.