Azxeber.com portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, körpə 10 aylıqkən soyuducudan çıxardılıb. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu qeyd ediblər.
Körpənin anası Donna Link-Emery jurnalistlərin suallarını cavablandırarkən “Finley bir neçə həftəlik olarkən, ürəyində böyük ölçüdə deşik aşkarlanmışdı. Həkimlər onun yaşaması üçün yeganə yolun bu olduğunu söylədilər. İndi isə çox xoşbəxtik. Yeni ili oğlumuzla bir qarşılaya biləcəyik” sözlərini söyləyib.
Qeyd edək ki, bir neçə həftəlik körpənin həyata qaytarılması üçün həkimlər onun ürəyinin döyüntülərini zəiflətməyə və körpəni soyuducuda saxlamağa məcbur olmuşdular.