Sumqayıtda avtomobilin vurduğu piyada ölüb.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsində baş verib.
Mahmudov Elgün Mədəd oğlu idarə etdiyi "Toyota Aqua" markalı avtomobillə Dünyamalıyev Şamil Məzahir oğlunu vurub. Xəstəxanaya yerləşdirilən yaralı oktyabrın 10-da orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.