"10 ildir, böyrək ağrılarından əziyyət çəkirəm. Son 10 gündə böyrəyimdən tutan sancılar daha da kəskinləşib. Hazırda özəl klinikalardan birində müalicə alıram".
AZXEBER.COM-un məlumatına görə, bunu SİA-ya açıqlamasında səhhətində problem yaranan xalq artisti Fuad Poladov deyib.
Həkimlərin analizlər götürdüyünü deyən aktyor bildirib ki, hələlik cavab gözləyir: "Əgər böyrəyimdəki daşı döymə üsulu ilə əzmək mümkün olmasa, əməliyyat olunacam. Yanıma hələ ki, həkimlər heç kimi buraxmırlar”.
Allah şəfa versin.
.