Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb

Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
MƏDƏNİYYƏT
19:19 01.04.2026
602
Mayın 14-15-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada "Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, builki festival da maraqlı proqram və dünyanın müxtəlif ölkələrindən istedadlı incəsənət xadimlərinin təqdimatları ilə yadda qalacaq.

Festivalın əsas məqsədlərindən biri mədəni dialoqun inkişafına töhfə vermək və musiqicilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir. Məhz bu səbəbdən zəngin mədəniyyət hadisəsi olan  "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına Azərbaycan ifaçıları və musiqi kollektivləri ilə yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Yaponiya və digər ölkələrdən incəsənət nümayəndələri dəvət alıb.

Festivala mayın 14-də Cıdır düzündəki konsertlə start veriləcək.  Tədbir 2 gün ərzində Şuşanın bir sıra məkanlarını əhatə edəcək.

Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında  məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə "Xarıbülbül” festivalı beynəlxalq status alıb. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.

Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Festivalın bəzi konsertləri Laçın şəhərində də olub.

Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Paylaş:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni metro stansiyasının adı belə olacaq
17:48 04.09.2026
Yeni metro stansiyasının adı belə olacaq
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
17:30 04.09.2026
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
17:29 04.09.2026
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
17:28 04.09.2026
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
17:22 04.09.2026
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
17:17 04.09.2026
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
17:06 04.09.2026
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
16:47 04.09.2026
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
16:31 04.09.2026
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
16:24 04.09.2026
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
16:19 04.09.2026
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
16:17 04.09.2026
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
16:11 04.09.2026
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
15:59 04.09.2026
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR
15:57 04.09.2026
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR
Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE
15:21 04.09.2026
Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE