Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib

Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
DÜNYA
18:56 05.11.2026
38
Albaniyada polis bir neçə gün ərzində etirazlar zamanı müxtəlif hüquqpozmalara görə 83 nəfəri cərimələyib.

Bu barədə "Balkan Insight" məlumat yayıb.

Bildirilib ki, yolu bağlayan və nəqliyyat vasitələrinin hərəkətinə mane olan vətəndaşlar cərimələnib. Onların hər birinə 5 min alban leki (55 avro) məbləğində inzibati cərimə təyin edilib.

Yeni qanunvericilik oktyabrın 28-də Baş nazir Edi Rama tərəfindən tətbiq edilib. Tədbirlər arasında etirazçıların polisin əmrlərinə tabe olmadığı hallarda tətbiq edilə biləcək cərimələr də yer alır.
OXŞAR XƏBƏRLƏR