AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, 12 illik fahişəlik həyatını qələmə alan və indiyə kimi 10 mindən çox kişiylə yatdığını iddia edən qadının kitabı türkcəyə də tərcümə edilib. Kitabın təqdimatı üçün Türkiyəyə gələn müəllif “Hüriyyət”ə müsahibə verib.
Avstraliyada yaşayan 18 yaşlı gənc qız getdiyi gecə klubunda bir qrup kişinin təcavüzünə məruz qalır. Həmin qız 19 yaşında striptiz klublara rəqs etməyə, 21 yaşında isə eskortluq etməyə başlayır. İllər ərzində milyon dollarlar qazanır, narkotik bataqlığına düşür, 33 yaşına çatanda isə “bu həyatdan” xilas olur. Fahişə kimi “Ancelina” ləqəbindən istifadə edən bu xanım, yazar kimi Qvaynet Montoneqro psevdonimini götürür. Başına gələnlərin hekayəsini isə başqalarına ibrət olsun deyə yazdığını deyir:
“Bu mövzudakı digər kitablar seks industriyasını parlaq göstərir. Mən isə iş, ailə, gündəlik həyatıma necə təsir etdiyini yazmışam... Avstraliya nə qədər liberal cəmiyyət olsa da insanlar bizə fərqli gözlə baxır. Ruhunu satırsan. Öz peşəni gizlətmədən kiminləsə sevgili olub evlənmək çətin məsələdir. O qədər də parlaq bir həyat deyil bu”.
Qatı dindar olan xristian ailəsində böyüyən Q. Montoneqro eskortluqla məşğul olarkən ailəsinə model olduğunu deyib. Amma 24 yaşında yol qəzası keçirib ölümdən qayıtdıqdan sonra ailəsinə həqiqəti danışıb.
Amma müəmmalı bir məsələ var: 10 min 91 kişiylə yatması məsələsi. Amerikanın qadın saytlarından olan “jezebel.com” bunun mümkün olmadığını rəqəmlərlə sübut edib.
Saytın araşdırmasına görə seksual əlaqənin müddəti ən azı 1 dəqiqə, ən çox 20 dəqiqədir. Ortalama 5.4 dəqiqədən götürsək, fasiləsiz olaraq bir qadının 10 min kişiylə yatması üçün 900 saat lazımdır. Hər gün ayrı-ayrı adamlarla cinsi əlaqədə olsa, 10 min kişi üçün 27 ilə ehtiyac var. Amma kitabın müəllifi 12 ildir bu işlə məşğul olduğunu deyir. Deməli gün ərzində hardasa 3-4 nəfərlə olub.
Hətta bu halda belə mütəxəssislər bir qadının 10 min kişiylə bərabər olmasının “anatomik olaraq” mümkün olmadığını deyirlər. Yəni elm inkar edir. Amma Qvaynet Montoneqro isə bəzən bir gecədə 7-8 nəfərlə yatdığını bildirir. Müsahibə əsnasında Q.Montoneqro Şərq kişilərinin Qərb kişilərinə nisbətən daha “maço” olduğunu deyir.