Siyəzən rayonunun Su Kəməri qəsəbəsindəki Quşçuluq fermasında dünən yanğın olub.AZXEBER.COM-un verdiyi xəbərə görə, fermada 10 mindən artıq toyuq yanaraq kül olub. Yanğın təxminən 400 kv metr ərazini əhatə edib.Hadisə yerinə FHN-nin Siyəzən Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Fermaya təxminən 40 min manatdan artıq ziyan dəydiyi bildirilir.