"10 yaşımdan öz ayaqlarımın üzərində dayanıram" - Xalq artisti

"10 yaşımdan öz ayaqlarımın üzərində dayanıram" - Xalq artisti
MAQAZİN
13:15 04.02.2026
334
Xalq artist Mələkxanım Eyyubova açıqlaması ilə diqqət çəkib.
 
AZXEBER.COM xəbər verir ki, xanəndə sənət üçün aldığı qərarlardan danışıb.
 
O, 10 yaşından öz ayaqlarının üstündə dayandığını və sənət üçün çalışdığını bildirib:
 
"Mənim uşaqlıqdan beynimə yeridilib ki, sən bu sənətdə olacaqsan. Ona görə də dəyişmədim. Çünki mən ailəmdə belə görmüşdüm. Uşaqlıqdan beynimə yeridilib ki, sən bu səntdə olacaqsansa belə olmalısan, elə olmalısan... O illər üçün bu sözlər çox böyük məsuliyyət idi.
 
10 yaşından balaca qız uşağı Bakıda bibimlə tək yaşayırdım, efirlərə çıxırdım, qarmon dərsinə gedirdim. Tək başıma öz yağımın üzərində dayanmışam. Amma beynimdə, qəlbimdə bir şey olub - tərbiyə, əxlaq, mədəniyyət, məsuliyyət... Bunlardan kənara çıxmaq olmazdı. Bu təkcə insanlara qoyduğum sərhəddlər deyildi. Özümün-özümə də qoyduğum qadağalarım var".
 
Aysel
OXŞAR XƏBƏRLƏR