Şəmkirdə 10 yaşlı uşağın faciəvi şəkildə ölümünün təfərrüatı məlum olub.
Rayon prokurorluğundan verilən məlumata görə, Röyal Qasımov evlərinin qarşısındakı küçədə ağacdan asılan kəndirlə oynayırmış. Həmin kəndir 7-8 aydır ağacdan asılıbmış. Həyətdə oynayan 10 yaşlı Röyal Qasımov həmin kəndirlə yellənməyə başlayıb. Bir müddət sonra kəndirlə başqa oyun oynayan azyaşlının boğazına kəndir dolanıb. Həmin vaxtı məhəllədə heç kim olmayıb. Bir müddət sonra uşağın boğulduğunu görən qonşu təcili olaraq onu xəstəxanaya çatdırsa da, 10 yaşlı Röyalın həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, Röyal evin iki övladından biridir. O, 4-cü sinif şagirdi olub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
/// Lent.az