100-cü saatda möcüzəvi qurtuluşlar - FOTO

100-cü saatda möcüzəvi qurtuluşlar - FOTO
DÜNYA
12:13 10.02.2023
245
Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra axtarış-xilasetmə işləri davam edir. 

AZXEBER.COM xəbər verir ki, Kahramanmaraş və Diyarbəkirdən 100-cü saatdan sonra bəzi insanların dağıntılar altından sağ çıxarıldığı məlum olub.

Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan 600 yaşayış kompleksində 101-ci saatda dağıntılar arasında olan bir neçə adam sağ olaraq çıxarılıb.

Bu saatdan sonra dağıntılar altından çıxarılan şəxslər alqışlarla təcili yardıma aparılır və bu hadisə möcüzə hesab olunur.

Ayşən
 

 

 

 


OXŞAR XƏBƏRLƏR