Mütəxəssislər xəbərdarlıq edir ki, bakteriyaların antibiotiklərə qarşı davamlılığı artdıqca xəstəliklər yenidən qayıda bilər.
AZXEBER.COM xəbər verir ki, 1837-ci ildən 1901-ci ilə qədər davam edən son dərəcə ölümcül xəstəliklər və epidemiyalar baş verib. Bu xəstəliklərin aradan qalxacağı düşünülərkən, indi yenidən qayıda biləcəkləri düşünülür.
Mütəxəssislər bildirirlər ki, son vaxtlar uşaqlıqda peyvəndlərin sayının azalması, qidalanma vərdişlərinin dəyişməsi və iqlim dəyişikliyi bəzi xəstəliklərin yenidən qayıtması üçün əlverişli şərait yaradır.
ABŞ-nin "Politico” xəbər saytının məlumatına görə, bakteriyaların antibiotiklərə qarşı müqaviməti getdikcə artır.
Xəstəlik müalicə olunmazsa, hərarət, yorğunluq daha sonra orqanlara zərər verərək ölümlə nəticələnə bilər.
Bir müddətdir yoluxma sayı artan xəstəliklərdən biri də qızılcadır. Əvvəllər ən yoluxucu xəstəliklərdən biri olan və ölüm göstəriciləri ciddi olan xəstəlik John Franklin Enders 1963-cü ildə istifadə üçün lisenziyalı bir peyvəndi hazırladıqda bunun qarşısı alınıb.
Lakin keçən ay Səhiyyə Təhlükəsizliyi Agentliyi Londonun pandemiya ilə birləşən peyvənd səviyyəsinin aşağı olması səbəbindən bir neçə il ərzində on minlərlə qızılcaya yoluxmanın olduğunu söyləyib.
Səhiyyə rəsmiləri bu xəstəliklərin yaranmasında qeyri-sağlam həyat tərzinin təsirli olduğunu iddia edirlər.
Gülay