İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanıBakının Yasamal rayonunda Ə.Əhmədov küçəsi, ev 2 ünvanında yerləşən “Təndir market”də, Z.Xəlilov küçəsi, ev 45 ünvanındakı “Bonna market”də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.Yasamal rayonunda General A.Abbasov küçəsi, ev 22 ünvanında yerləşən “Ayaz market”də”, Ş.Qurbanov küçəsi, ev 19 ünvanında yerləşən “Life market”də, H.Zərdabi prospekti, ev 84 ünvanında Asim Sayılova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunub.Zərdab rayonunda Füzuli küçəsində Zeynəb Şirinovaya və Solmaz Məmmədovaya məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib. Ümumilikdə, monitorinqlər zamanı 100 kq yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq aşkar edilib.